Makron Fransa baş nazirinin istefasını qəbul edib

Fransa prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attalın istefasını qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Attal yeni hökumət qurulana qədər fəaliyyətini davam etdirəcək.

Qabriel Attalın rəhbərlik etdiyi hökumət cari məsələlərlə məşğul olmağa davam etsə də, yeni qanunlar qəbul edə, parlamentin tərkibində əsaslı dəyişikliklər edə bilməyəcək.

Bu hökumət həmçinin iyulun 26-da Parisdə başlayacaq Olimpiya Oyunlarının rahat keçməsinə zəmanət verməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.