“Maliyyə Nazirliyi büdcədə nə istəyib, onu da edib” –Qubad İbadoğlu

“Maliyyə Nazirliyi büdcədə nə istəyib, onu da edib”.

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu 2021-ci ilin dövlət büdcəsinin icrasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, hər il olduğu kimi 2021-ci ilin dövlət büdcəsində də xərclərin bir qismi bölüşdürülmədən nəzərdə tutulub. Həmin vəsaitlərin icraçı qurumlar arasında bölgüsünü il ərzində Maliyyə Nazirliyi həyata keçirib.

Q.İbadoğlu deyib ki, ötən ilin büdcəsində bölgüsü əvvəlcədən müəyyən edilməyən xərclər üzrə 3 milyard 727,5 milyon manat vəsait nəzərdə tutulub. Buna baxmayaraq Maliyyə Nazirliyi parlamentin qəbul etdiyi dövlət büdcəsində dəyişiklik edib: “Büdcənin icra prosesində əvvəlcədən təsdiq olunmuş fəsillərin təqribən yarısında yerdəyişmələr aparılıb, 4 istiqaməti tamamilə çıxarıb, ümumilikdə xərclərin nəzərdə tutulduğu 177 fəslin 84-də dəyişikliklər edib. Yəni Maliyyə Nazirliyi büdcədə nə istəyib, onu da edib”.

Q.İbadoğlunun sözlərinə görə, əgər parlamentin səs verdiyi büdcə sonradan Maliyyə Nazirliyinin istəyi ilə bu cür dəyişikliklərə məruz qalırsa, onda parlament ümumiyyətlə büdcə prosesindən imtina etməlidir.

Əvvəlki məqalə

Neftin bahalaşması Azərbaycana 2 milyard 700 milyon dollar əlavə pul gətirib

Sonrakı məqalə

Ötən il buraxılış imtahanlarından nə qədər şagird sıfır bal alıb? –