Masallının icra başçısı boş olan vəzifələr üçün müsabiqə elan edib

Masallı rayon İcra hakimiyyəti vakant (boş) olan aşağıdakı dövlət qulluğu vəzifələrini
tutmaq üçün daxili müsabiqə elan edib.

Azpost.info bildirir ki, bu barədə icra hakimiyyətinin rəsmi saytında məlumat verilib.

Vakant yerlər bunlardır:

Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında

1. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Masallı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyində

 

  1. Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
  2. Masallı RİHB-nın Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
  3. Masallı RİHB-nın Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
  4. Masallı RİHB-nın Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
  5. Masallı RİHB-nın Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
  6. Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini

Müsabiqədə iştirak etmək istəyən ali təhsilli mütəxəssislər RİHB-nın Dövlət Qulluğuna qəbul üzrə komissiyasına müraciət edə bilərlər. Müsabiqə zamanı rayonun həmin ərazisində yaşayan namizədlərə üstünlük veriləcəkdir.

Qeyd edək ki, xəbəri ilk olaraq Cənub.az saytı yayıb.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Rusiya Xersonda keçirmək istədiyi “referendum”u təxirə salıb