“Hökumət rəsmiləri rus analoqu olan əcnəbi sözlərdən istifadəni dayandırmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.
“Rəsmi danışıq və yazışmalarda əcnəbi sözlər lazımsız yerə istifadə olunur. “Moderator” – aparıcı, “dedlayn – son tarix”, “kofebreyk – qəhvə fasiləsi” kimi terminlər əksər hallarda tamamilə yersiz görünür. Bunula mübarizə aparmaq lazımdır”, – Matvienko deyib.
O, rəsmiləri və qanunvericiləri həm çıxışlarına, həm də sənədlərin məzmununa diqqət etməyə çağırıb.
Azpost.info