Yaponiyanın avtomobil istehsalçıları “Honda” və “Mazda” Ukraynada baş verənlərlə əlaqədar Rusiyaya avtomobil və ehtiyat hissələrinin ixracını dayandıracaq.
“APA-Economics”in məlumatına görə, bu barədə “Nikkei”nin dərc etdiyi hesabatda deyilir.
Nəşrin məlumatına görə, Yaponiyanın bir neçə digər şirkəti də Rusiyadakı bizneslərini dayandırmaq qərarına gəlib. Bundan əvvəl Yaponiya hökuməti Ukraynada münaqişənin gərginləşməsinə cavab olaraq dövlət banklarına və Rusiya hökumətinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi.