Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Bununla bağlı birinci xanım Mehriban Əliyeva şəxsi "Instagram" səhifəsində görüntülər paylaşıb. "Əziz bacılar və qardaşlar! Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN", - paylaşımda belə deyilir. https://youtu.be/Zrq_g9kdQ30 https://youtu.be/sNGQSZN2CJA https://youtu.be/P8VYiuomRDQ https://youtu.be/bN09tHrMffk