Mehriban Əliyeva Pasxa bayramı münasibətilə xristian icmasını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Pasxa bayramı münasibətilə Azərbaycandakı xristian icmasına təbrik paylaşımı edilib.

Paylaşımda deyilir:

“Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram! Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İctimai yerlərdə 5 koronavirus xəstəsi saxlanılıb –

Sonrakı məqalə

Gömrükdə 107 kiloqram heroin aşkarlandı –