Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrılıb –

SƏRƏNCAM
06 May 2021 - 14:58

Prezident İlham Əliyev bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı:

Sıra

№-si

Şəhərin, rayonun adı Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər
Gəncə 1 Şıxzamanlı qəsəbəsi 6773
Naftalan 1 Qaşaltı Qaraqoyunlu kəndi 930
Yevlax 3 Hacımahmudlu kəndi 635
Qaramanlı kəndi 878
Nurallar kəndi 247

Goranboy 10 Əlirzalı kəndi 1248
Hazırəhmədli kəndi 1183
Xınalı kəndi 1061
Qaradağlı kəndi 3723
Qaramusalı kəndi 1181
Qızılhacılı qəsəbəsi (3 quyu) 7206
Muzdurlar kəndi 1596
Səfikürd kəndi 4990
Göygöl 5 Balçılı kəndi 2350
Quşqara kəndi (2 quyu) 1698
Nadil kəndi 1359
Səmədli kəndi 470
Samux 6 Aşağı Ağasıbəyli kəndi 522
Çobanabdallı kəndi 3030
Hacıalılı kəndi 1300
Qarayeri qəsəbəsi 6299
Qovlarsarı kəndi 1545
Samux şəhəri 10474
Cəmi: 26 23 60 698