Messinin komandası 11-ci dəfə Fransa Superkubokunu qazanıb

“Paris Sen-Jermen” futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda “Nant” komandasını 4:0 hesabı ilə məğlub edib.

Görüş Tel-Avivdə yerləşən “Blumfild” stadionunda keçirilib.

Oyunda hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Digər qolları Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar.

Bununla da “PSJ” Fransa Superkubokunda 11-ci dəfə qalib olub. Qeyd edək ki, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.