Milli Məclis Fransanın Minsk Qrupundan geri çağırlması haqqında hökumətə müraciət etdi

26 Noyabr 2020 - 12:47

Milli Məclis Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət etmək üçün Azərbaycan hökumətinə çağırış edib.

Bu barədə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz olaraq Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilmiş bəyanatda bildirilir.