Milli Məclis yeni Baş prokuroru bu tarixdə təsdiqləyəcək –

Vaxt məlum oldu
29 Aprel 2020 - 23:04

Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb. 

“Report”un xəbərinə görə, məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.