Milli Məclisin komitəsində 2021-ci ilin büdcə zərfi müzakirə olunur

23 Dekabr 2020 - 11:35

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2021-ci ilin Azərbaycan Respublikasının büdcəsi büdcə zərfinin müzakirəsi keçirilir.

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” , “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, komitənin üzvləri və digər şəxslər iştirak edir. (APA)