Milli Məclisin yeni sədri sosial şəbəkədə status yazdı,

"yol xəritəsi"ni açıqladı
12 Mart 2020 - 00:20
“Parlamentin sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm”.
Bu sözləri ötən gün Milli Məclisin sədri seçilən Sahibə Qafarova sosial şəbəkədəki hesabında yazıb.
Yeni Sədr yüksək etimada görə Prezident İlham Əliyevə və partiya üzvlərinə təşəkkür edib:
“Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Milli Məclisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin parlamentin iclasında dərin məzmunlu çıxışında irəli sürdüyü dəyərli tövsiyələrini öz fəaliyyətinin əsas cəhətlərini müəyyənləşdirən yol xəritəsi kimi qəbul edərək bundan sonra da dövlətimizin başçısının rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcək, ölkəmizdə geniş vüsət alan quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, respublikamızın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək. Eyni zamanda, parlamentimiz dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə dəstək verəcək, beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına diqqəti daha da artıracaq”, – Qafarova qeyd edib.
Sonda S.Qafarova həmkarlarını təbrik edib və hər birinə uğurlar arzulayıb.