Milli Məclisin iclası başlayıb –Deputatlar 50 məsələni müzakirə edəcəklər

Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclası başlayıb.

İclasın gündəliyinə 50 məsələ daxil edilib.

“Dünən Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımızla böyük qürur hissi ilə izlədik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Türkiyə bu gün də Azərbaycanın yanındadır: “44 günlük savaşda necə siyasi, mənəvi dəstək göstərmişdisə, bərpa prosesində də Azərbaycanın yanındadır. Xalqlarımızın dostluğu və qardaşlığı bizim güc mənbəyimizdir. Zəngilanda verilən mesajlardan biri də o idi ki, biz öz torpaqlarımıza qayıtmışıq. Zəngilanda həyata keçirilən quruculuq işləri də məhz bu məqsədə yönəlmişdi. Bu gün azad edilən ərazilərdə geniş vüsət alan bərpa işləri Böyük Qayıdışın daha da yaxın ayaq səsləridir. Məcburi köçkünlərimizin yurd həsrətinə son qoyulacağı tarix elə də uzaqda deyil”. (APA)

Əvvəlki məqalə

“Qələbə günündə Moskvada görüşənədək!”

Sonrakı məqalə

“12-ci İmam gələndə gərək birinci İrandan başlasın” –