“Minsk Qrupunu Avropa Birliyi əvəz edə bilər…” –ABŞ-ın sabiq həmsədri "Rusiyasız mümkün deyil" dedi

“Minsk Qrupunun münaqişənin həllində rolunun davam etməsini istəyib-istəmədiklərinə Ermənistan və Azərbaycan liderləri qərar verə bilər. Minsk Qrupu və onun həmsədrləri olmasa, son vaxtlar regionda rol oynayan Avropa İttifaqı bunu edə bilər”.

Azpost.info bildirir ki, bu sözləri ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.

Onun fikrincə, formula nə olursa olsun, beynəlxalq ictimaiyyət bununla məşğul olmalıdır: “Məncə Moskva regionda hələ də mühüm rol oynayır, ancaq yeganə rolu o oynamır. Minsk Qrupu işləyə bilər, çünki burada ABŞ, Fransa və Rusiya razılığa nail olmaq üçün koordinasiyalı şəkildə hərəkət edir. Bu rolu Avropa Birliyi də asanlıqla oynaya bilər. Bununla bağlı yeganə problem rusların həmin danışıqlarda iştirak etməməsidir. Və xoşumuza gəlsə də, gəlməsə də, rus sülhməramlıları oradadır və mövcud vəziyyətin yaranmasında Rusiyanın böyük rolu var”.

Uorlik hesab edirəm ki, istər Minsk Qrupu, istərsə də Avropa İttifaqı və ya daha geniş mənada ATƏT kimi başqa vasitələrlə bu cür diplomatiya üçün imkan var: “Mən hesab edirəm ki, dövlət katibi Blinken buna nail olmaq istəyir. Minsk Qrupunun da yeni amerikanlı həmsədri var və məncə, bu, Birləşmiş Ştatların əlaqəni davam etdirmək istədiyinə işarədir”.

ABŞ-ın regiondakı geniş maraqları barədə danışan səfir  deyib ki, bu maraqlar var: “Hazırda siyahının başında enerji gəlir. Amma məsələ təkcə enerjidə deyil. Düşünürəm ki, ABŞ-ın, ortaq tarixçəsi səbəbilə, Ermənistanla xüsusi əlaqələri var. Bizim Azərbaycanla da çox sıx əməkdaşlıq etdiyimiz sahələri var və buna təkcə enerji daxil deyil. Məsələn, terrorla mübarizə var”.

“Ermənistan və Azərbaycan xalqı daha çox şeyə layiqdir. Onlar sülh və sabitlik içində yaşamağa, eyni zamanda sülh və davamlı həll yolunun gətirəcəyi rifah içində yaşamağa layiqdirlər. Ümid edirəm ki, bu, gec-tez baş verə bilər”-deyə Uolrik vurğulayıb.

Azpost.info 

Əvvəlki məqalə

“Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını ödəyə bilmir” –

Sonrakı məqalə

Müharibə başlayandan bəri ilk dəfə gəmi taxıl üçün Ukraynaya gedib