Misirdə içində yüzlərlə mumiyanın olduğu naməlum piramida tapılıb

Misirdə, Giza yaxınlığındakı Sakkara kəndində yüzlərlə mumiyanın, sarkofaqın olduğu naməlum piramida tapılıb. 

Azpost.info bildirir ki, bu barədə alimlər Live Science portalına bildiriblər.

Aşkar edilmiş yer Tutanxamonun məqbərəsinin yaxınlığında yerləşir. Arxeoloqların fikrincə, piramida Misir kraliçası Neytə məxsus ola bilər. Onun mövcudluğu bardə heç nə məlum deyildi.

“Bu, heyrətamizdir. Biz həəmişə Sakkaredə Misirin qədim Padşahlığına dair məqbərələr tapırdıq. Amma bu mumiyaların olduğu pirmaida Yeni Padşahlığa aiddir”-deyə alimlər vurğulayıb. 

Misirşünaslar həmçinin yüzlərlə çox yaxşı hifz olunmuş mumiyalar tapıblar. Onların sözlərinə görə, bu onu deməyə əsas verir ki, Yeni Padşalıq dönəmində mumiyalaşdırma özünün yüksək səviyyəsinə çatıbmış. Bütün sarkofaqlar unikal cizgilərə malikdir və üzərində “Ölülər Kitabı”nın ayır-ayrı təsvirləri  əks edilib.

Tabutun birindən bütöv qızıldan olan qadın maskası tapılıb.

Hazırda alimlər bu rayonda qazıntı işlərini davam etdirir və tapılan əşyaları öyrənirlər. Bu artefaklar Gizadakı Böyük Misir müzeyində nümayiş olunacaq.

Azpost.info

 

 

Əvvəlki məqalə

Bu gün futbol üzrə dünya çempionatı başlanır

Sonrakı məqalə

Türkiyə Suriya və İraqda qisas əməliyyatına başlayıb