Ukrayna prezidenti Vladimir Zelenski Qərb liderlərinin onu Rusiya ilə sülh danışıqlarına başlamaq üçün inandırmağa çalışmadıqlarını deyib.
Azpost.info bildirir ki, bu barədə o, Kiyevdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə birgə mətbuat konfransında bildirib.
“Bu gün heç kim mənə təzyiq göstərmir. Bu gün nə Aİ, nə də ABŞ liderlərindən heç biri bizə təzyiq etmir ki, Rusiya ilə oturub danışaq, nəsə qaytaraq”, – dövlət başçısı bildirib.
Ukrayna lideri vurğulayıb ki, Kiyev və Moskva arasında heç bir danışıqlar yoxdur və olmayacaq.
NBC-nin daha əvvəl xəbər verdiyi kimi, ABŞ və Avropa nümayəndələri Ukrayna hakimiyyəti ilə sülh danışıqlarına başlamaq imkanını müzakirə ediblər. Mənbənin sözlərinə görə, ölkə rəsmiləri münaqişənin dalana dirənməsindən narahatdırlar.
Azpost.info