Moskva və Pekin açar layihə ilə bağlı fəal danışıqlar aparır- Açıqlama

Moskva və Pekin hazırda “Sibirin Gücü 2” qaz kəməri layihəsi ilə bağlı texniki və kommersiya məsələlərini fəal şəkildə müzakirə edir, həmçinin əməkdaşlıq modeli qururlar.

Azpost.info xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhuey bildirib.

O bildirib ki, Rusiya və Çin bu istiqamətdə ilkin nəticələrə nail olmaq üçün görüşəcəklər.

“Bildiyimə görə, hazırda tərəflər texniki və kommersiya məsələləri üzrə fəal danışıqlar aparır və əməkdaşlıq modelini müzakirə edirlər. Belə irimiqyaslı layihəni həyata keçirmək üçün tərəflərdən hərtərəfli, elmi, sistemli əsaslandırma tələb olunur”, – Hanhuey deyib.

O, Çinin bu layihə çərçivəsində əməkdaşlığa inteqrasiyalı yanaşmanın tərəfdarı olduğunu vurğulayıb: “Bu, daha çox Çinin istehlak qazı bazarında geniş perspektivlər və Rusiya ilə daha uzunmüddətli və dayanıqlı əməkdaşlıq modeli qurmaq istəyi ilə bağlıdır”.

Azpost.info

 

Əvvəlki məqalə

Milli Məclisdə 27 məsələ müzakirə olunur

Sonrakı məqalə

Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib