“Rusiya-Çin münasibətləri etimad və hörmətə əsaslanan strateji qarşılıqlı fəaliyyət modelidir. Moskva və Pekin bir sıra Qərb ölkələrindən fərqli olaraq hərbi blok yaratmır”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Çinin Mərkəzi Hərbi Qüvvələrin sədr müavini Çjan Yusya ilə danışıqlar zamanı bildirib.
Şoyqu deyib ki, Rusiya və Çin arasında hərbi sahədə əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib və bütün hərəkətlər müstəsna olaraq Moskva və Pekinin ümumi maraqları çərçivəsində həyata keçirilir.
Azpost.info