Moskvada azərbaycanlı iş adamı öldürülüb –VİDEO

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.
Azpost.info bildirir ki, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın parklanma yerində qətlə yetirilib. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb.
SHOT-un məlumatına görə, öldürülən supermarketin sahibi, 60 yaşlı Nazim Əhmədovun 62 min rubl borcu olub və son 10 ildə o, cavabdeh qismində 37 dəfə məhkəməyə verilib.

Əhmədov son 13 ildə Sverdlova küçəsində yerləşən “Yunis” mağazasına rəhbərlik edib. Supermarketin sahibi onun həyat yoldaşıdır. 2014-cü ildən indiyədək o, 37 dəfə məhkəməyə verilib.

İş adamının yaxınlarının sözlərinə görə, qətli sifariş edənlərin məqsədinin nə olduğunu və kimin bunu edə biləcəyini bilmirlər.

Mərhumun işlətdiyi mağaza barədə yaxşı rəylər var: yerli sakinlərin dediyinə görə, işçilər nəzakətlidir, məhsullar təzədir və mütəmadi olaraq çatdırılır. “Yunis”in 2023-cü il üçün satış mənfəəti 115 milyon rubl təşkil edir.

Təcili tibbi yardım gələnə kimi Nazim Əhmədov yerindəcə keçinib. Polis qatili axtarır.

Qatil cinayətdən sonra KİA-da qaçıb. Avtomobil 53 yaşlı Vyaçeslav S-nin adınadır. Müstəntiqlər müxtəlif versiyaları nəzərdən keçirirlər. Onlardan birinin fikrincə, Əhmədov qisas məqsədilə öldürülə bilərdi.

 

Əvvəlki məqalə

İranın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Sonrakı məqalə

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub