Moskvada Rusiya, Azərbaycan və Ermənistanın nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib. Azpost.info bildirir ki, bu barədə RİA-Novosti-yə mötəbər mənbələr məlumat verib. Görüşdə Ermənistan və Azərbaycan sərhəd rayonlarındakı ayrı-ayrı məntəqələrində gərgin vəziyyətin yoluna qoyulması yolları müzakirə edilib. Mənbələrin sözlərinə görə, tərəflər işçi əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.