Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib –

Mehriban Əliyeva iştirak edib
23 Noyabr 2019 - 14:53

Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclası keçirilib.

Plenar iclasda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Plenar iclasın işini Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin davam etdiriblər. İclasın sonunda Rusiya və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. Sonda Mikayıl Cabbarov və Maksim Oreşkin Rusiya-Azərbaycan Regionlararası forumunun yekunları ilə bağlı çıxış ediblər.

Nazirlər Forumun yekununu müsbət qiymətləndiriblər.