MSK sədrinin müavini:“Bələdiyyə seçkilərində 35 min namizəd qeydiyyatdan keçib"

”Dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyalarına 42625 iddiaçı bildiriş verib”.

Bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib. MSK sədr müavini deyib ki, həmin şəxslərdən 35 min 574 nəfəri namizəd kimi qeydiyyatdan keçib: “Sevindirici haldır ki, xanım və gənc namizədlər fəallıq nümayiş etdirirlər. Qeydiyyatdan keçərək namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşlarımızın təxminən 30 faizindən çoxu xanımdır. Qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını isə gəncdir. Bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd  kimi qeydiyyata alınıb”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniya məhkəməsi miqrant alveri ilə bağlı saxlanılan azərbaycanlılar barədə QƏRARI AÇIQLADI –

Sonrakı məqalə

Milli Məclisin iclasının vaxtı dəyişdi