“Müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb”- Nazir

Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

O bildirib ki, sonuncu artımla müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb.

Qeyd edək ki, fevralın birindən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.