“Müharibə vəziyyəti elan edilib” –İsraildəki səfirliyimiz azərbaycanlılara müraciət etdi

Azərbaycanın İsraildəki səfirliyi müraciət yayıb.

Müraciətin mətni ölkəmizin İsraildəki səfirliyinin “X” platformasındakı hesabında dərc edilib.

Müraciətdə deyilir ki, İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib:

“Bununla əlaqədar olaraq Azərbaycan vətəndaşlarına İsrail daxilində səyahət etməməyi, təhlükəsizlik qaydalarına riayət etməyi, diqqətli olmağı, yerli dövlət qurumları tərəfindən verilən tapşırıqlara uyğun hərəkət etməyi tövsiyə edirik”, – səfirlik qeyd edib.

Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82 qeyd olunub.

Əvvəlki məqalə

Zakir Həsənov “Xəzri-2023” taktiki təliminin növbəti mərhələsini izləyib

Sonrakı məqalə

Prezident İlham Əliyev Putinə zəng edib