“Mülki əhalinin hədəfə alınması barədə məlumatlar yalandır” –MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.

Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.

Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı.

Əvvəlki məqalə

Müdafiə Nazirliyi KİV-ə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi

Sonrakı məqalə

“Silahlı təxribatın məqsədi sülh sazişinin imzalanmasını pozmaqdır” –