“Münaqişə bitdikdən sonra İsrail Qəzzada idarəetmə və təhlükəsizliyi təmin etmək üçün məsuliyyət daşıyacaq”.
Azpost.info xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABC telekanalına müsahibəsində deyib.
O, bunun qeyri-müəyyən müddətə davam edəcəyini bildirib: “Fikrimcə, İsrail qeyri-müəyyən müddətə təhlükəsizlik üçün ümumi məsuliyyət daşıyacaq”.
Daha əvvəl Netanyahu Qəzza zolağında ümumi atəşkəsin Fələstin-İsrail münaqişəsinin həllinə töhfə verməyəcəyini, çünki radikal HƏMAS hərəkatına qarşı yalnız hərbi təzyiqin təsirli olduğunu bildirmişdi. Baş nazirin qənaətinə görə, israilli girovlar azad edilmədən atəşkəsdən söhbət gedə bilməz.
Azpost.info