“Müqəddəs Valentin Günü inəklərlə qucaqlaşın!” –Hindistan hökumətindən qəribə çağırış

Hindistan hökuməti vətəndaşlardan 14 fevralda, müqəddəs Valentin Günündə inəkləri qucaqlamağı xahiş edib. 

Azpost.info bildirir ki, bu barədə HuffPost məlumat yayıb. Hakimiyyətin fikrincə, bu addım indus ənənələrinin irəliləyişinə yardım edəcək.

Bu təşəbbüslə Hindistanın heyvanları müdafiəsi ilə bağlı dövlət departamenti çıxış edib. Məmurların fikrincə, inəklə qucaqlaşma emosinal var-dövləti artırar, fərdi və kollektiv xoşbəxtlik hissini yüksəldər.

İnəklərə etiqad edən hindlilər bu təklifi sevinclə qarşılayıblar.

Son illər Valentin Günündə dindar hindililər mağazalara hucum edir, sevgi açıqcalarını və hədiyyələrini yandırır, cütlükləri restorandan qovurdular. Bu hərəkətləri edən fəallar hesab edir ki, Valentin Günü bayramı cəmiyyəti dağıdır və hind ənənələrinə qarşıdır.

Azpost.info

 

Əvvəlki məqalə

Adanada yenidən 4,8 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Şimali Kiprin voleybol komandasının 16 üzvü zəlzələdə həlak olub