Müsavat Partiyasının başqanının müavini Razim Əmiraslanlı həbs edilib.
Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat yayıb. Razim Əmiraslanlı 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Noyabrın 12-də Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında piket keçirməyə cəhd göstərib. Polis aksiyaya imkan verməyib.