Müsavat funsksionerləri polisə çağırılıb- Arif Hacılıdan açıqlama

Müsavat Partiyasının İcra aparatının rəhbəri Gülağa Aslanlı, partiya sədrinin müavini Səxavət Soltanlı, başqanın müşavirləri Cahangir Əmirxanlı, Azər İsmayıl və digər partiya funksionerləri polisə çağırılıb.

Bu barədə APA-ya Müsavat başqanı Arif Hacılı məlumat verib.

O bildirib ki, hələlik rəsmi şəkildə açıqlanmasa da, polisin bu addımı noyabrın 12-nə təyin olunmuş piketlə bağlı atdığı ehtimal edilir.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəklərini elan edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir