Müsavat İran səfirliyi qarşısında aksiya təyin edib

Müsavat Partiyası İranın Azərbaycandakı səfirliyi qarşında etiraz aksiyası təyin edib. 
Azpost.info bildirir ki, bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib.
Aksiya noyabrın 15-də, saat 15.00-da olacaq.
Aksiyada İranın anti-azərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub.
Müsavat aksiya ilə bağlı Bakı şəhər İcra hakimiyyətinə müraciət edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.