Müsavat mqirant qalmaqalı ilə bağlı bəyanat yaydı:  

“Mehdi Xəlilbəyli qanun qarşısında cavab verəcək”
21 Noyabr 2019 - 12:37

Müsavat Avropa Koordinsiya Mərkəzi təşkilatın ünvanına irəli sürülən ittihamlarla əlaqədar bəyanat yayıb.

Azpost.info-nun məlumatına görə, sənəddə deyilir ki, Almaniyada polis əməliyyat kecirib və bu zaman iki nəfər saxlanılıb.

Bu saxlanılanlardan biri Müsavat AKM-in üzvü olan Mehdi Xəlilbəylidir: “Mehdi Xəlilbəylinin bir zamanlar birlikdə calışdığı və barəsində cinayət işi acılmış Rəşad Məmmədovun şikayəti əsasında saxlanması artıq hamıya məlumdur. İlk günlər bu saxlanma sənədini rəngləyərək sosial şəbəkələrdə “Musavatçıların insan qacaqmalçılığı, mühacir alveri ilə bağlı alman məhkəməsinin qərarı” “Bizim dediklərimizi alman məhkəməsi subut etdi” deyə haray salanlar, o sənədlərin əsli tərəfimizdən aşkar edildikdən sonra artıq etiraf edirlərki, bu əyalət məhkəməsinin cinayət işinin araşdırilması üçün polisə verdiyi icazə ilə baglı qərardır. Əlavə olaraq onu deyə bilərik ki, həm alman miqrasiya idarəsindən mənfi cavab aldığı, həm də alman polisi tərəfindən barəsində cinayət işi açılmış Rəşad Məmmədovun həbs olunaraq Azərbaycana deport olunma qərarı cıxdıqdan sonra kimlərsə onu başa salıb ki, əgər polislə əməkdaşlıq edərsə, cəzası yüngül olar. Bu məqsədlə də Rəşad Məmmədov Mehdi Xəlilbəyliyə qarşı ifadə verib”.

Musavat bəyanatda bildirib ki, AKM olaraq araşdırmalardan sonra məlum olan budur ki, Mehdi Xəlilbəyli haqqında hələlik sübut olunan fakt yük daşınmalarından gələn gəlirləri gizlətmək və vergidən yayınmaqdır: “Bu hallar isə bütün Avropada cox böyuk cinayət hesab olunur və ağır cəzası var. Bundan əlavə olaraq göstərilən iddialarla bağlı Mehdi Xəlilbəylinin yaxud başqa bir Müsavat AKM üzvünün hansısa cinayət əməli sübut olunarsa, qanun qarşısında cavabını da verəcək”.