Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri:“Piketi keçirəcəyik”

“Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının toplaşma azadlığının məhdudlaşdırılmasına etiraz olaraq noyabrın 12-də şəhər administrasiyasının qarşısında piket keçirməsinə icazə verməyib”.

Azpost.info Turan-a istinadən bildirir ki, bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib. İcra Hakimiyyəti imtinanı  şəhər administrasiyasının yerləşdiyi yerdə nəqliyyatın və piyadaların hərəkətinin sıxlığı ilə əlaqələndirib.

“Cavab məktubunda qeyd olunur ki, orada ali təhsil müəssisəsi yerləşir. İmtina tamamilə qanunsuzdur. Biz növbəti addımlarımızı müzakirə edəcəyik, razılaşdırılmamış  olsa da aksiyanı keçirmək məsələsinə baxacağıq”, – M.Hacıbəyli bildirib.

*Müsavat Partiyası noyabrın 10-da mitinq keçirməyi planlaşdırmışdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.

Partiya bu təklifi məqbul saymayıb və toplaşma azadlığının pozulmasına etiraz olaraq noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçiriləcəyini bəyan edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bloqqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

Sonrakı məqalə

Bakıda xəstə özünü müalicə olunduğu palatanın pəncərəsindən yerə atdı