Musavatın piketinə də icazə verilmədi

07 Noyabr 2019 - 18:21

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də keçirmək istədiyi piketlə bağlı müraciətinə cavab verilib.

BŞİH-də partiyanın müraciətinə müvafiq qaydada baxılıb və piketə icazə verilməyib.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də BŞİH-nin qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib.