Məşhur hind aktyoru Rişi Kapur vəfat edib.
Azpost.info bildirir ki, aktyor uzun sürən xəstəlikdən sonra 68 yaşında Mumbay xəstəxanasında dünyasını dəyişib. Mərhum aktyor xərcəng xəstəliyindən əziyyət çəkirdi. 2019-cu ilin sentyabrından ABŞ-da müalicə alan R.Kapur son aylar Mumbayda müalicə olunurdu.
Bir çox filmlərə çəkilən Rişi Kapur azərbaycan tamaşılarına “Bobbi” filmindən yaxşı tanış idi.
Rişi Kapur əfsanəvi hind aktyoru Rac Kapurun oğlu idi.