Mərkəzi Seçki Komissiyasının sədri müəyyənləşib.
MSK-nın bu gün yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib.
Mərkəzi Seçki Komissiyasının sədr müavini də müəyyənləşib. Rövzət Qasımov qurumun sədr müavini seçilib. Qeyd edək ki, bundan əvvəl də Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov olub.
MSK-nın bu gün yeni tərkibdə keçirilən ilk iclasında Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi seçiliblər. Qeyd edək ki, bundan öncə də Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi olublar.