“Nə etsək də eyni şey alınır: ya Sov.İKP, ya da Kalaşnikov avtomatı”- Yadigar Sadıqlı Azər Qasımlının istefasından danışdı

“Real”a həmişə rəğbətlə yanaşmışam, orada xeyli dostlarım, şəxsi münasibətlərimin çox isti olduğu insanlar var. Amma təəssüf…

Trend-in məlumatına görə, bunu Müsavat Partiyası sədrliyinə keçmiş namizəd Yadigar Sadıqlı “Real” partiyası Məclisinin başqanı Azər Qasımlının partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.

Müsavat funksioneri bildirib: “Növbədənkənar qurultay və qurultaya qədər bütün səlahiyyətlərin sədrə verilməsi qərarları açıqlanandan Rusiyanın keçmiş baş naziri Çernomırdinin sözü beynimdə dolaşır: Nə etsək də eyni şey alınır: ya Sov.İKP, ya da Kalaşnikov avtomatı”.

Xatırladaq ki, “Real” partiyası Məclisinin başqanı Azər Qasımlı sədr İlqar Məmmədovun avtoritar qərarlarına görə bu gün partiyadan istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda qızılcanın ləğvi istiqamətində işlər aparılır”

Sonrakı məqalə

“Azərbaycanda insanlar mənşəyi məlum olmayan şprislər alır”