NATO Polşadakı raket insidenti ilə bağlı ilkin rəyini - AÇIQLADI

“Polşada raketlərlə bağlı insident məqsədli hərəkətin nəticəsi deyil”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Şimali Atlantika Şurası iclasının yekunu üzrə toplanmış ilkin məlumatlardan sonra belə bir rəy ortaya çıxıb.

“İlkin məlumatlar Ukraynanın hava hücumundan müdafiə raketlərinin gəldiyini göstərir”, – Stoltenberq bildirib.

Baş katib həmçinin qeyd edib ki, NATO Rusiya tərəfindən öz üzvlərinə mümkün hücum əlaməti görmür.

Azpost.info

Əvvəlki məqalə

Gözəllik salonunda işləyən qadın məhkəmə zalında həbs olunub

Sonrakı məqalə

Rusiya XİN Polşanı üzr istəməyə çağırıb