NATO Ukraynaya qoşun göndərmək planları hazırlayır- Rusiya müdafiə nazirinin müavini

NATO ölkələri Kiyevin şərtləri ilə Rusiyanı sülh danışıqlarına məcbur etmək üçün Ukraynaya qoşun göndərmək planları hazırlayır.

Azpost.info xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin bildirib.

“Kiyev hərtərəfli hərbi yardım alır. Kiyevin şərtləri ilə Rusiyanı zorla danışıqlara məcbur etməyə şərait yaratmaq üçün NATO ölkələri öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırır. Bu, nüvə gücləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola biləcək təhlükəli oyundur”, – Fomin deyib.

Eyni zamanda, o qeyd edib ki, Ukrayna ordusunun Kurska girməsindən sonra müharibə yeni miqyas alıb: “Əgər əvvəllər Kiyev rejimi beynəlxalq aləmdə qurban obrazından fəal şəkildə istifadə edib, hərbi əməliyyatları yalnız müstəqillik uğrunda guya ədalətli mübarizə kimi təqdim edirdisə, Ukrayna ordusunun Rusiyanın mülki əhalisinə qarşı təcavüzü bu yalanı nəhayət ki, ifşa etdi”.

Azpost.info

Əvvəlki məqalə

Etiraz aksiyasında öldürülən türk aktivistin nəşi Bakıdan İstanbula göndərilib

Sonrakı məqalə

Əli İnsanov Novella Cəfəroğluna dəstək verdi –