Naxçıvan Ali Məclisinin sessiyası keçirilir- Vasif Talıbov və oğlu sessiyada iştirak etmir (YENİLƏNİB)

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

Sessiyada 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat – Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etmir(apa).

Digər deputatlar iclasda iştirak edir.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.

Əvvəlki məqalə

Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb-

Sonrakı məqalə

“Ermənistan-Türkiyə münasibətlərində dinamika vacibdir”