Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin olunub –FOTO

Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyinatı olub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası DGK-nin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb.

Qeyd edək ki, V. Əliyev 2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb.

Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib.

Məlumat üçün deyək ki, bir neçə gün öncə Prezident İlham Əliyevin fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilərək əvəzində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Əvvəlki məqalə

“London və Pekin arasında münasibətlərin “qızıl dövrü” başa çatdı”

Sonrakı məqalə

Son iki ayda Qazaxıstana 400 mindən çox rusiyalı gedib