Naxçıvan Dövlət Universitetinin yeni rektoru kimdir?- DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

Elbrus İsayev 7 oktyabr 1979-cu il tarixdə Babək rayonunun Məzrə kəndində anadan olub. 2000-ci ildə Naxçıvan Dövlət Universitetini, 2002-ci ildə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. 2002-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 2008-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının dosenti olub. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı, 2013-2014-cü illərdə “Naxçıvan” Universitetinin “Humanitar Elmlər” kafedrasının müdiri vəzifəsində işləyib.

2014-2018-ci tədris illərində “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışmış, eyni zamanda həmin Universitetin “Beynəlxalq münasibətlər” kafedrası­nın dosenti olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 avqust 2018-ci il tarixli sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilib, 3 dekabr 2019-cu ilədək instituta rəhbərlik edib.

50-dən artıq tarixi-siyasi və sənədli televiziya verlişlərinin müəllifidir. Əsas tədqiqat sahəsi beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixidir. ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Portuqaliya, Rusiya, Gürcüsan, Türkiyə, Türkmənistan və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak edib, ingilis, rus, alman, fars, türk, türkmən və Koreya dillərində elmi əsərləri çap olunub. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Tarix ürə fəlsəfə elmləri doktorudur. Naxçıvan Basketbol Federasiyasının sədridir.

Əvvəlki məqalə

“Trampı müzakirə etməkdənsə, onunla dialoq qurmağa çalışın”

Sonrakı məqalə

Naməlum şəxslər Tac-Mahalı partlatmaqla hədələyiblər