Naxçıvan şəhər prokurorunun müavini işdən azad edilib

Naxçıvan şəhər prokurorunun müavini vəzifəsindən azad edilib.

Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunaraq Şərur rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilib.

Bundan başqa, Şərur rayon prokurorunun müavini Anar Həsənov Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya məlumatları təsdiqləyiblər.

Əvvəlki məqalə

Britaniya Rusiyadan olan 92 şəxsə sanksiya tətbiq etdi

Sonrakı məqalə

“Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır”