Naxçıvan şəhərinin Baş planını Britaniya şirkəti hazırlayacaq –9 milyonluq tender imzalanıb

Naxçıvan şəhərinin Baş Planının hazırlanması üçün 10 milyon manatlıq tender müqaviləsi imzalanıb.

Azpost.info bildirir ki, bunun üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və Chapman taylor LLP ilə 10.3 milyon manatlıq müqavilə bağlayıb.

“Azərmemarlayihə” ilə olan müqavilədə Naxçıvan şəhərinin Baş Planının hazırlanması xidmətləri nəzərdə tutulur. Müqavilənin dəyəri 1.286.200 AZN-dir.

Böyük Britaniyanın “Chapman taylor LLP” şirkəti ilə bağlanan müqavilə isə Naxçıvan şəhərinin baş planının strateji konseptual layihəsinin, ayrı-ayrı binaların və ictimai məkanların memarlıq həllərinin, şəhərin memarlıq üslubuna dair təlimatın hazırlanmasından ibarətdir.

Bu müqavilənin məbləği isə 9.015.856 AZN təşkil edir.

“Chapman Taylor” şirkətinin əsas 1959-cu ildə qoyulub. Şirkət yerlərin və binaların layihələndirilməsi ilə tanınır. Bu şirkət memarlar, master-plançılar və interyer dizaynerlərindən ibarət qlobal firmadır.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.