Naxçıvanda bu il 1450 şəxsə əlillik təyin edilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin yanvar-avqust aylarında 1450 şəxsə əlillik təyin olunub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, onlardan 906 nəfərə ilkin, 544 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.

Əvvəlki məqalə

Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilib

Sonrakı məqalə

“İrəvan və Bakı sülh sazişi mətninin 80 faizi üzrə razılığa gəliblər”