Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi təsdiqləndi –

Baş Prokurorluqdan AÇIQLAMA
09 Mart 2021 - 11:43

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Azpost.info-nun məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.