“Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır” –Qazaxıstan səfiri

“Sabiq prezident Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır”.

Bu barədə bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Nursultan Nazarbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.

Səfir diqqətə çatdırıb ki, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub.

“O, daimi olaraq vəziyyəti izləyir”, – diplomat vurğulayıb.(APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir