Nazir İrəvanla münasibətlərin normallaşması üçün Bakının şərtini açıqlayıb

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barədə danışarkən sərhədlərin delimitasiya və demarkasiyası məsələsi həllini tapmalıdır”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niko Popesku ilə birgə mətbuat konfransında bildirib.

O bir daha vurğulayıb ki, Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazırdır.

“Mən bugünkü görüşdə bu məsələni moldovalı həmkarımın diqqətinə çatdırdım”, – nazir qeyd edib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il GUAM liderlərinin sammiti keçiriləcək

Sonrakı məqalə

“Bu məsələlərə qarışmaq istəmirəm” –