Nazirlik və mədəniyyət xadimləri Şahmar Ələkbərovun məzarını ziyarət edib –FOTO

Avqustun 23-də görkəmli kinoaktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) anadan olmasının 80-ci ildönümü tamam olur. Bu münasibətilə II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub. Mədəniyyət Nazirliyinin nümayəndələri, kino ictimaiyyəti və ailəsi sənətkarın məzarı üstünə güllər düzüb, xatirəsini yad ediblər.

Sənət dostları görkəmli aktyor və rejissorla bağlı xatirələrini bölüşüblər. Şahmar Ələkbərovun aktyor  və rejissor kimi Azərbaycan kinosunda qoyduğu izdən söz açıblar.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.