Neft Fondu 2024-cü ilin yanvar-iyun ayları ərzində cari ilin büdcəsinin icrası çərçivəsində 6 milyard 390,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edib.
Bu barədə Dövlət Neft Fondundan Azpost.info-ya bildirilib.
2024-cü ilin yanvar-iyun aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilib.
Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,6 milyon manat təşkil edib.